Bağla

“Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində ustad dərsləri başa çatıb

18-04-2022, 12:26

Füzuli Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində ustad dərslərinə start verilib.

Ustad dərslərinin 5-ci günündə M.Çexovun “Ağırlıq mərkəzi” və “Psixoloji jest”anlayışı barədə təlim keçilib. Təlimdə jest və hisslərin harmoniyasının aktyora obrazın bütün vəziyyətlərini açıb göstərməyə, ona yeni, bənzərsiz çalarlar əlavə etməyə imkan verməsindən bəhs olunub.

Bununla da xalq artisti Pərviz Məmmədrzayevanın Füzuli Dövlət Dram Teatrında ustad dərsləri sona çatıb. Təlim aktyorların böyük marağına səbəb olub. 

Qeyd edək ki, cari ilin yanvar ayından etibarən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “Öyrədərək öyrənirəm” adlı ustad dərsləri layihəsinə başlayıb.

Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru, xalq artisti Pərviz Məmmədrzayev aprel ayının 14-dən 18-dək Füzuli Dövlət Dram Teatrında ustad dərsləri keçib. Beş gün davam edən dərslərdə dövlət teatrının peşəkar və gənc aktyorları ilə yanaşı, Kürdəmir Regional Mədəniyyət İdarəsi nəzdində fəaliyyət göstərən Kürdəmir, Xocavənd, İmişli, Beyləqan və Füzuli  xalq teatrlarının üzvləri də iştirak edib .

Təlimin məqsədi hərəkətin xarakterinin və mənasının zaman və məkan aspektindən açılması”, “Aktyorun tərəf müqabilinə uyğunlaşması və onunla səhnədə canlı şəkildə işləyə bilməsi”, “Bədənin ifadə vasitələrinin inkişafı”, “Bədən üzvlərinə aid çalışma, etüdlər”, “Hərəkət və sözlə bağlı improvizasiya”, “Mətn üzərində iş formaları”, “M.Çexovun “Ağırlıq mərkəzi” və “Psixoloji jest” anlayışları barədə” uzun illər səhnədə qazandığı təcrübəsini teatrın bütün yaradıcı heyəti ilə bölüşməkdir.