Füzuli Dövlət Dram Teatrı İmişli rayon Asan Xidmət mərkəzində repertuarında olan Əhməd Orucoğlunun " Nənənin kələyi" tamaşası ilə qastrol səfərində olub.
Əli Hüseynovun quruluşu əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada əsas rollarda İntizar Quliyeva, Elşən Gözəlov, Sevinc Məmmədova, Sehran Xanlarov, Qaçaq Qarayev çıxış edib. Tamaşada ictimaiyyət nümayəndələri, milli ordunun əsgərləri, Asan Xidmət mərkəzinin əməkdaşları iştirak ediblər. Tamaşa hər kəs tərəfindən böyük maraqla qarşılanıb. Sonda Asan Xidmət mərkəzinin təşkilati dəstəyi ilə teatrın daha bir neçə rayona qastrol səfərinin nəzərdə tutulduğu qeyd olunub.
Məlumat üçün bildirək ki, Füzuli Dövlət Dram Teatrı İmişli rayon Asan Xidmət Mərkəzi ilə sıx əməkdaşlıq edir, Asan könüllülərə yeni tamaşalar hazırlamaqda istər rejissor, istərsə də səhnə kostyumları, butaforiya, rekvizit, qrim, dekorasiya və s. vasitələrlə köməklik göstərir.