Bağla

Azərbaycanın Rusiyadakı turizm nümayəndəliyi Bakıya növbəti info-turu təşkil etmişdir

09-08-2016, 16:08


Paytaxtda növbəti info-turu təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada turizm nümayəndəliyi olan "Tour A Vent” şirkətinin təşkilatçılığı ilə "Московский Комсомолец” qəzetinin kommersiya şöbəsinin yubileyi münasibətilə bir qrup nümayəndə heyətinin Azərbaycana səfəri baş tutmuşdur.

Səfər çərçivəsində qonaqlar üçün paytaxt Bakıda ekskursiyalar təşkil olunmuşdur. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna səfər edən qonaqlar Şirvanşahlar sarayı, Qız Qalası və Karvansaraya baş çəkmişlər.

Qonaqlar yerli mətbəxin növbənöv təamları ilə tanış olmuşlar. Həmçinin, çimərlik mövsümü ilə bağlı dənizkənarı gəzintilərə də üstünlük verilmişdir.