Bağla

Xalq artisti Azər Paşa Nemətov vəfat edib

09-04-2023, 18:20

Xalq artisti Azər Paşa Nemətov vəfat edib.

Bu barədə Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib.

O bildirib ki, teatrın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov bu gün 75 yaşında dünyasını dəyişib.

***

Mədəniyyət Nazirliyi Xalq artisti Azər Paşa Nemətovun vəfatı ilə bağlı nekroloq yayıb.

Nekroloqda bildirilib ki, Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru Azər Paşa Zəfər oğlu Nemətov aprelin 9-da, ömrünün 76-cı ilində vəfat edib:

"1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Teatr sənəti sahəsində xidmətlərinə görə 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə “Şöhrət”, 2022-ci ildə “Şərəf” ordenlərinə layiq görülüb.

Allah rəhmət eləsin!