Bağla

Ustad dərslərinin 2-ci günü  

15-04-2022, 12:31

Füzuli Dövlət Dram Teatrında Mədəniyyət Nazirliyinin “Öyrədərək öyrənirəm” layihəsi çərçivəsində ustad dərslərinə start verilib.

Ustad dərslərinin 2-ci günündə hərəkətin xarakterinin və mənasının zaman, məkan məfhumu ilə açılması, rəsm üzərində iş, rəsm əsərlərinin canlanması aktyorlarda böyük marağa səbəb olub. Onlar rəsm əsərlərini öz təxəyyüllərinin məhsulu kimi canlandırıb və həmin əsərdə fikri çatdırmağa çalışıblar.

Qeyd edək ki, ustad dərsləri aprelin 18-də başa çatacaq.