Bağla

Teatrın Novruz bayramına həsr olunmuş "Bahar çələngi” adlı şou-proqramla çıxışları davam edir

17-03-2023, 10:49

Füzuli Dövlət Dram Teatrı Horadiz şəhər 1 və 2 saylı tam orta məktəbin şagirdləri üçün Novruz bayramına həsr olunmuş "Bahar çələngi” adlı şou-proqramla çıxış edib.

Teatrın direktoru Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və Şəlalə Kərimovanın ssenarisi əsasında hazırlanan və teatrın baş rejissoru Əməkdar artist Asif Şirinovun quruluş verdiyi şou proqramın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.

Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrı 12 mart 2023-ci il tarixindən Novruz bayramına həsr olunmuş şou-proqramlarla rayonun kənd və qəsəbələrində fəaliyyət göstərən məktəblər, müəssisələr, eləcə də rayon ərazisində yerləşən hərbi hissələrdə çıxış edir.