Bağla

İntizar Quliyeva mükafata layiq görülüb

23-06-2022, 15:57

Füzuli Dövlət Dram Teatrının ali dərəcəli aktrisası İntizar Quliyeva Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə dahi şairə Xurşudbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş "Cənnətim Qarabağ" adlı bədii qiraət müsabiqəsində iştirak edib,  diploma və pul mükafatına layiq görülüb. 

Bununla əlaqədar olaraq Füzuli Dövlət Dram Teatrında yığıncaq keçirilib. Eyni zamanda qeyd olunub ki, teatrın bir neçə yaradıcı heyətinə Teatr Xadimlər İttifaqına üzvlük vəsiqəsi verilib.