Bağla

Füzuli Dövlət Dram Teatrı A.Həsənoğlunun "Yaddaş" tamaşasını hərbiçilərə nümayiş etdirib

28-09-2021, 17:18

Füzuli Dövlət Dram Teatrında 27 Sentyabr Anım günü ilə əlaqədar tədbir təşkil olunub. Öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

44 günlük müharibə tarixini və Müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə "Anım yürüşü"nü əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra  teatrın repertuarında olan Akif Həsənoğlunun "Yaddaş"tamaşası hərbiçilərə təqdim olunub.Tamaşa vətən uğrunda canından keçmiş və qələbə sevincini xalqımıza yaşadan şəhidlərimizin əziz xatirəsinə həsr olunub.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşovadır. Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Sehran Xanlarov, Əli Hüseynov, Sevinc Məmmədova və başqaları çıxış edib.