Bağla

Füzuli Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

27-03-2020, 11:46
Füzuli Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.
 
Belə ki, teatr Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib. 
 
Qeyd edək ki, Füzuli Dövlət Teatrının kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi riayət edir. Həmçinin, COVID-19 virusunun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində həyata keçirilə tədbirləri yüksək qiymətləndirir.