Bağla

“Banu” və “Gülmək istəyirəm” proqramının yaradıcı heyəti teatrın qonağı olub - Foto

03-02-2016, 10:40

"Banu” və "Gülmək istəyirəm” proqramının yaradıcı heyəti teatrın qonağı olub.

Space televiziyasında yayımlanan "Banu” və "Gülmək istəyirəm”proqramının əsas heyəti Füzuli Dövlət Dram Teatrının qonağı olub. Hər iki proqram çəkiliş əsnasında teatrın bütün kollektivində yüsək stimul yaratmışdır.İlk öncə aparıcı aktyorlarının ifasında teatrın repertuarında olan tamaşalardan səhnəciklərə baxan heyət daha sonra onlarla maraqlı söhbətlər etmiş və müsahibə almışlar.

Məlumat üçün bildirək ki, bu verlişlər Azərbaycanımızın dilbər guşələrində, ən ucqar kəndlərdə belə çəkilir.

Azərbaycanın bir çox yerlərinə baş çəkən hər ikikomanda zəngin mədəniyyətimizi, folklorumuzu diqqət mərkəzinə çəkirlər. Onlarınmaraqlı söhbətləri, insanlarla səmimi ünsiyyəti verilişi daha da baxımlı edir. Hər iki verilişin aparıcısı Günel Həsənzadə və Ümid Süleymanovsəmimiliyi, mehribanlığı, gülərüzlüyü ilə yanaşı peşəkarlığı da diqqəti cəlb edirlər.

Qeyd edək ki, verlişhər həftənin şənbə günü saat 18:45-də Space telekanalında yayımlanır.