Bağla

Azərbaycan Teatr Xadimləri İttifaqının rəsmiləri Füzuli Dövlət Dram Teatrının qonağı olub

24-09-2019, 11:05
Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, xalq artisti Rafiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Füzuli Dövlət Dram Teatrının qonağı olub. 

Görüş çərçivəsində teatrın yaradıcı heyəti ilə yaxından tanışlıq olub və səmimi söhbət edilib, gələcək planlar barədə söhbət açılıb.

Füzuli Dövlət Dram Teatrının kollektivinin son illərdə qazandığı uğurlar, qarşıdakı dövr üçün yaradıcılıq planları barədə gələn qonaqlara məlumat verilib.

XXXI teatr mövsüm açılışı ilə əlaqədar görülən hazırlıq işləri ilə yaxından tanış olan qonaqlar hədiyyə olaraq teatra səhnə geyimi təqdim ediblər.

Sonda xatirə şəkili çəkdirilib.