Bağla

"Yolçu” proqramının yaradıcı heyəti teatrın qonağı olub

28-03-2016, 14:58

"Yolçu”verilişi teatrın qonağı olub.

"Xəzər” televiziyasında yayımlanan "Yolçu” proqramının əsas heyəti Füzuli Dövlət Dram Teatrının qonağı olub. Proqram çəkiliş əsnasında teatrın bütün kollektivində yüksək stimul yaratmışdır.İlk öncə aparıcı aktyorlarının ifasında teatrın repertuarında olan tamaşalardan səhnəciklərə baxan heyət daha sonra onlarla maraqlı söhbətlər etmiş və müsahibə almışlar.

Məlumat üçün bildirək ki, bu verliş Azərbaycanımızın dilbər guşələrində, ən ucqar kəndlərdə belə çəkilir.

Azərbaycanın bir çox yerlərinə baş çəkən proqram zəngin mədəniyyətimizi, folklorumuzu diqqət mərkəzinə çəkirlər. Onların maraqlı söhbətləri, insanlarla səmimi ünsiyyəti verilişi daha da baxımlı edir. Verilişin aparıcısı Yusif Kərimli səmimiliyi, mehribanlığı, gülərüzlüyü ilə yanaşı peşəkarlığı da diqqəti cəlb edir.

Qeyd edək ki, verliş aprel ayının 3-ü və 10-da "Xəzər” telekanalında yayımlanacaq.