Bağla

"Yaddaş" tamaşası Sərhəd Qoşunlarının zabit və əsgər heyətinə təqdim olunub

31-10-2022, 11:47

Füzuli Dövlət Dram Teatrında Akif Həsənoğlunun "Yaddaş" tamaşası Sərhəd Qoşunlarının zabit və əsgər heyətinə təqdim olunub. 

Tamaşa vətən uğrunda canından keçmiş və qələbə sevincini xalqımıza yaşadan şəhidlərimizin əziz xatirəsinə həsr olunub.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.

 Əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Sehran Xanlarov, Əli Hüseynov, Sevinc Məmmədova , Emin Abışov və başqaları çıxış edib.