Bağla

“Xəcalət” tamaşası Zobucuqda 33 saylı tam orta məktəbin kollektivinə təqdim edilib

10-11-2015, 11:56

Füzuli Dövlət Dram teatrı Hüseynbala Mirələmovun "Xəcalət” tamaşasını məcburi köçkünlərin məskunlaşdığı Zobucuq-3 qəsəbəsində yerləşən 33 saylı tam orta məktəbin kollektivinə təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.Tamaşada əsas rollarda Əli Hüseynov, Sevinc Məmmədova, Elçin Məmmədov, Sehran Xanlarov, Fatimə Səfərəliyeva, Elşən Gözəlov çıxış ediblər. Tamaşanın sonunda çıxış edən məktəbin direktor müavini Qurbanov Taleh bildirib ki, vətənpərvərlik mövzusunda olan bu tamaşa şagirdlərimiz üçün böyük məna kəsb edir.Onların vətənpərvər ruhda yetişmələrinə kömək olur.

Tamaşanın bütün məktəb kollektivi tərəfindən bəyənildiyini xüsusi qeyd edib.