Xəcalət” tamaşası səhiyyə şöbəsi əməkdaşlarına təqdim edilib
Füzuli Dövlət Dram teatrı Hüseynbala Mirələmovun "Xəcalət” tamaşasını Rayon Səhiyyə Şöbəsinin əməkdaşlarına təqdim edib.
Əsasən vətənpərvərlik mövzusunda olan pyesin quruluşcu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.
Tamaşada əsas rollarda Əli Hüseynov, Sevinc Məmmədova, Elçin Məmmədov, Əsmər İbrahimova, Vaqif Rəhimov, Nicat Süleymanzadə və digərləri çıxış edib.
"Xəcalət” əsərində 1993-cü ildə mənfur ermənilərin xalqımızın başına gətirdiyi müsibətlər nəticəsində didərgin düşmüş soydaşlarımızın həyatından bəhs edir.
Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrının kollektivi tərəfindən təqdim olunan tamaşanı Səhiyyə Şöbəsinin əməkdaşları yüksək qiymətləndirildi və vətənpərvərlik mövzusunda olan bu cür tamaşaların ölkə səviyyəsində nümayiş olunmasının tərəfdarı olduqlarını bildirdilər.