Oktyabrın 1-dən etibarən teatr və kinoteartların fəaliyyətinə icazə verilir.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
Qərara əsasən, 2021-ci il oktyabrın 1-dən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti bərpa edilir.