Bağla

Teatrın aktrisası İntizar Quliyeva bədii qiraət müsabiqəsində diploma layiq görülüb

05-11-2022, 11:40

Füzuli Dövlət Dram Teatrının ali dərəcəli aktrisası İntizar Quliyeva Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə 44 günlük Qələbənin 2 illiyinə həsr olunmuş "Zəfər sədası" adlı bədii qiraət müsabiqəsində iştirak edib,  diploma və pul mükafatına layiq görülüb. 

Teatr kollektivi İntizar  Quliyevanı təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.

Qeyd edək ki, İntizar Təhməzqulu qızı Quliyeva 1989-cu ildən teatrda aktrisa kimi fəaliyyət göstərir. Yüksək yaradıcılıq qabiliyyəti olan aktrisa işlədiyi müddət ərzində Süleyman Rüstəmin "Durna” komediyasında Lalə, S.S.Axundovun "Tamahkar” əsərində Nabat, C.M.Quluzadənin "Danabaş kəndinin əhvalatı” əsərində Zeynəb, S.S.Axundov "Eşq və İntiqam”da Qəmər, S.Axundov "Bəndalı bəndə düşüb” Püstə, S.Saxavətin "Qapların o üzündə qalan qalan dünya” əsərində Alagöz, M.F.Axundzadə "Hacı Qara”da Sona, C.Cabbarlı "Almaz”da Almaz, Y.Əzimzadə "Nəsrəddin”də Pəri, C.Məmmədov "Günəş zindanda”, Qarı, H.Əsgərxanov "Pristav Həsənalı bəy”də Həcər,  C.Cabbarlı "Aydın” əsərində Gültəkin, Ş.Qurbanov “Olmadı elə, oldu belə” də Matan, N.Vəzirov “Müsibəti-Fəxrəddin”də Mələk,  S.S.Axundov “Eşq və intiqam”da Həcər, A.Məmmədov “Həmyerlilər”də Göyçək, E. Əfəndiyev “Qatil”də Qadın,  Ə.Səmədli “Əhmədin vəfalı xoruzu” Nənə, Əhməd Orucoğlu “Nənənin kələyi”də Nənə, S. İbrahimli “Sadığın toyu”da Ana, M.F.Axundzadə “Müsyö Jordan və Dərviş Məstəli şah” da Şərəbanu, Y.Əzimzadə “Nəsrəddin” Ana, A.Həsənoğlu “Yaddaş”Pəri nənə, İ.Əfəndiyev “Hökmdar və qızı”Tudu xanım, A.Mehdiyev” Oyun”Tafta və s. rollarını canlandırıb.