Bağla

Teatrda “Nağıl dünyası” adlı şou-proqram təşkil olunub

18-05-2022, 16:29

Füzuli Dövlət Dram Teatrında “Nağıl dünyası” adlı şou-proqram təşkil olunub.

Şou proqramda aktyorların ifasında şən mahnılar, cizgi film personajlarının səhnəyə gəlişi uşaqlarda böyük sevincə səbəb olub. 

Sonda Kərimbəyli kənd orta məktəbinin direktor müavini Mədinə Hallacova uşaqların asudə vaxtını belə şən keçirdiyi, həmçinin uşaqların üzündə gülüş yaratdıqları üçün teatr kollektivinə təşəkkürünü bildirib.