Bağla

Teatrda “Bahar gülüşü”nə start verilir

09-03-2017, 09:42

Füzuli Dövlət Dram Teatrı Novruz bayramı münasibətilə hazırlanmış "Bahar gülüşü” adlı şou-proqramı 10 mart tarixindən 25 mart tarixinədək rayonun işğaldan azad olunmuş və yeni salınmış kənd və qəsəbə ictimaiyyətinə təqdim edəcək. 

Ssenari müəlifləri teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və teatrın ədəbi hissə müdiri Əfsanə Kərimova olan şou-proqramın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. 

Şou-proqramda milli nağıl qəhrəmanlarımız, Tıq-tıq xanım və Cırtdanın Novruz əhvalatları, Kosa və Keçəlin zarafatları və digər nağıl personajlarının bayram sərgüzəştləri əks olunur.