Bağla

Teatr Yeni il və Həmrəylik Günü münasibəti ilə hərbçilər qarşısında çıxış edib

30-12-2021, 14:27

Füzuli Dövlət Dram Teatrı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Milli Ordunun əsgər və zabit heyəti qarşısında tamaşa və konsert proqramı ilə çıxış edib. 

Teatrın repertuarında olan tamaşalardan parçalar, aktyor və aktrisalarının ifasında hərbi-vətənpərvərlik mahnıları və rəqslər əsgərlərdə yüksək əhval-ruhiyyə yaradıb.

Sonda xatirə şəkili çəkdirilib.