Füzuli Dövlət Dram Teatrı Xocalı faciəsinin 30-cu il dönümü ilə əlaqədar Milli Ordunun əsgər və zabit heyəti qarşısında A.Həsənoğlunun "Yaddaş" tamaşası ilə çıxış edib.
Öncə Azərbaycanın bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin və Xocalının günahsız qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Səhnə əsərində rolları Qaçaq Qarayev, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Gülnar Quliyeva, Əli Hüseynov və başqaları ifa edir.
Tamaşa Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə həsr olunub. Eyni zamanda tamaşada erməni qəddarlığı və vəhşiliyi, dinc əhaliyə qarşı törədilən qətliam öz əksini tapır. Müharibə mövzusuna həsr olunmuş tamaşa Azərbaycan əsgərinin yüksək vətən sevgisini və parlaq qələbəsini bədii şəkildə əks etdirir.