Teatr XXIX mövsümün açılışına hazırlaşır
Füzuli Dövlət Dram Teatrı məzuniyyətdən qayıdıb.
Teatr illik ənənəsinə sadiq qalaraq Füzuli və Beyləqanda yerləşən "N” saylı hərbi hissədə əsgərlərlə görüşüb. Teatrın repertuarında olan tamaşalardan parçalar, əsgər həyatından bəhs edən şeir və sözlər, səhnəciklər bayram ərəfəsində əsgərlərdə yüksək stimul yaradıb.
Qeyd edək ki, hal-hazırda teatr XXIX mövsümün açılışına hazırlaşır. Yeni mövsüm 25 senytabr 2017-ci il tarixində Ş.Qurbanovun "Özümüz bilərik” tamaşası ilə açılacaq. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Asif Şirinov, Əli Hüseynov, İntizar Quliyeva, Sehran Xanlarov, Sevinc Məmmədova, Qaçaq Qarayev, Elşən Gözəlov və başqaları çıxış edir.