Füzuli
Dövlət Dram teatrı Novruz bayramı ilə əlaqədar rayonun işğaldan azad olunmuş və
yeni salınmış qəsəbələrindəki məktəblərdə,
həmçinin mülki əhali qarşısında konsert-tamaşa proqramları ilə çıxış edərək
bayram ərəfəsində əhalidə yüksək stimul yaratmışdır. Teatr həmçinin "N” saylı hərbi hissələrdə, o cümlədən düşmənlə
350-400 metr təmas xəttində yerləşən taborlarda da olmuş, məlum şəraitdə əsgərlərə xoş bayram əhval-ruhiyyəli tamaşa proqramı bəxş edərək onları sevindirmişdir.
Məlumat
üçün bildiririk ki, hal-hazırda teatrda quruluşçu rejissoru Vaqif Rəhimov olan
Malik Muxtarovun "Yuxunda görərsən” əsərinin stolarxası məşqləri gedir.