Bağla

Teatr Horadiz şəhər 2 nömrəli tam orta məktəbin kollektivinə tamaşa təqdim edib

19-05-2017, 11:42

Füzuli Dövlət Dram Teatrı repertuarında olan Mərkəz Qacarın "Qabanın səfəri” əsərini Horadiz şəhər 2 nömrəli tam orta məktəb məktəbin müəllim və şagird kollektivinə təqdim edib. 

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Sevinc Məmmədova, Əli Hüseynov, Sehran Xanlarov və başqaları çıxış edir. 

Tamaşa bütün məktəb müəllimləri və şagirdləri tərəfindən maraqla qarşılanıb. Meşə heyvanlarının başına gələn maraqlı və gülməli hadisələr uşaqların gərgin dərs vaxtlarından sonra asudə zamanlarını əyləncəli və fərqli keçirmələrinə səbəb olub.