Bağla

Teatr hərbi hissələrdə konsert-tamaşa proqramı ilə çıxış edir

05-05-2015, 10:38

Yaxın günlərdə Füzuli Rayonunda yerləşən "N” saylı hərbi hissənin əsgərləri Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr edilmiş Horadiz şəhər Qəhrəmanlar parkında iməclikdə və şəhərimizdə yeni salınmış Gənclər prospektinin açılışında iştirak edib. Daha sonra hərbi yürüşlə teatr binası qarşısında təşkil edilmiş tədbirə qatılıblar.

Tədbirdə teatrın repertuarında olan tamaşalardan parçalar oynanılıb. Həmçinin həvəskar əsgərlərə də çıxış etmək üçün şərait yaradılıb.

Onların çıxışları tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.

Onu da bildirək ki, Füzuli Dövlət Dram Teatrı artıq ənənəyə çevrilən proqrama uyğun olaraq bir neçə gündür ki, düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə konsert-tamaşa proqramı ilə çıxış edir.

Hətta Hərbi hissə komandanlığı teatrın onlara göstərdiyi diqqətə görə proqramda çıxış edən bütün teatr işçilərini fəxri fərmanla təltif edib.