Füzuli Dövlət Dram Teatrı və Füzuli Rayon Mədəniyyət Evinin bədii özfəaliyyət kollektivi 2 Fevral Gənclər Günü münasibətilə Sərhəd Qoşunlarının zabit və əsgər heyəti qarşısında konsert-tamaşa proqramı ilə çıxış edib.
Proqram çərçivəsində teatrın repertuarında olan tamaşalardan parçalar, aparıcıların əsgər həyatından bəhs edən çıxışları, eləcə də Füzuli Rayon Mədəniyyət Evinin bədii özfəaliyyət kollektivinin ifasındakı hərbi-vətənpərvərlik mahnıları bütün hərbçilər tərəfindən böyük maraqla qarşılanıb. Sonda sərhədçilərlə nahar süfrəsi təşkil edilib.
Qeyd edək ki, tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı və digər rəsmilər iştirak edib.