Bağla

Teatr "N" saylı hərbi hissənin yaranmasının 24-cü il dönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak edib

03-10-2016, 11:42

Füzuli Dövlət Dram Teatrı rayon ərazisində  yerləşən "N" saylı hərbi hissənin yaranmasının 24-cü il dönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak edib.

Teatr repertuarında olan Ə.Əsgərovun "Qız atası”, S.Axundovun "Bəndalı bəndə düşüb”, M.Ələsgərovun "Uzun Qoşun” tamaşalarından parçaları hərbi hissənin əsgər və zabit heyətinə təqdim edib. Tamaşada əsas rollarda Vaqif Rəhimov, Məryəm Məmmədova, Asif Şirinov, Sehran Xanlarov, Qaçaq Qarayev, Əli Hüseynov, Aygün Cəfərova, Fatimə Səfərəliyeva və başqaları çıxış edib.

Həmçinin teatrın aktyor və aktrisalarının ifasında gözəl mahnılar və rəqslər, aparıcıların əsgər həyatına həsr olunmuş şer və cümlələri, nağıl qəhrəmanlarının gözlənilməz sürprizləri əsgərlərdə yüksək stimul yaradıb.