Bağla

"Qış möcüzəsi" adlı şou-proqrama start verilib

22-12-2022, 10:53

Füzuli Dövlət Dram Teatrı Yeni ilə həsr olunmuş “Qış möcüzəsi " adlı şou-proqrama start verib.

Bu gün teatr Füzuli rayonunun Qayıdış qəsəbəsində şou-proqramla çıxış edib.

Şou-proqramda nağıl qəhrəmanlarının, cizgi film simvolları - Maşa və Ayı, canavar və dovşanın, ən əsası Şaxtababa və Qar qızın maraqlı çıxışları uşaqlarda bayram əhval ruhiyyəsi yaradıb,sevincə səbəb olub.Sonda xatirə şəkli çəkilib.

Şou-proqram 21.12.2022-ci il tarixdən 10.01.2023-cü il tarixədək Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində, məktəb və bağçalarda, hərbi hissələrdə keçiriləcək.

Yeni iliniz mübarək!