Bağla

“Qış möcüzəsi” adlı şou-proqram Horadiz Şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinə təqdim edilib

23-12-2015, 13:10

Füzuli Dövlət Dram Teatrı yeni il münasibəti ilə hazırladığı "Qış möcüzəsi” adlı şou-proqramı 15.12.2015-ci il tarixindən etibarən rayonun işğaldan azad olunmuş kənd və qəsəbələrində, həmçinin teatr binasında ictimaiyyətə təqdim edir.

Bu gün teatr yeni il münasibəti ilə hazırladığı "Qış möcüzəsi” adlı şou-proqramı Horadiz Şəhər 3 nömrəli tam orta məktəbin aşağı sinif şagirdlərinə təqdim edib.

Şənlikdə cizgi film sinvolları - Maşa və Ayının, nağıl qəhrəmanlarının, ən əsası isə Şaxta baba və Qarqızın çıxışları uşaqlar tərədfindən maraqla qarşılanıb.

Tədbirdə çıxış edən icra hakimiyyəti başçısının 1-ci müavini Bağır Aslanov rayonda ilk dəfə olaraq təşkil olunan "Qış möcüzəsi” adlı şou-proqramın İcra Hakimiyyəti tərəfindən də yüksək qiymətləndirildiyini və belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin tərəfdarı olduqlarını vurğulayıb. O, həmçinin tədbir iştirakçılarını yeni il və dünya azərbaycanlılarının həmrəyliyi münasibəti ilə səmimi qəlbdən təbrik edib.

Şənliyin ssenari müəlifləri teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və Əfsanə Kərimova, quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamları Ellinaz Balaşova, Rafiq Ocaqverdiyev, Tofiqə Fətəliyeva, musiqi tərtibatçıları Nizami Süleymanov və Sənan Sevindikzadədir. Şənlikdə müxtəlif nağıl qəhrəmanları, cizgi film simvolları, Şaxta baba və Qar qız obrazında teatrın aparıcı aktyor və aktrisaları Vaqif Rəhimov, Məryəm Məmmədova, Asif Şirinov, İntizar Quliyeva, Sevinc Məmmədova, Qaçaq Qarayev, Əli Hüseynov, Sehran Xanlarov, Əsmər İbrahimova, Nicat Süleymanzadə, Fatimə Səfərəliyeva, Elşən Gözəlov, Elçin Məmmədov, Aygün Cəfərova, Vüqar Babayev, İsmayıl İbrahimov və başqaları çıxış edir.

Şou-proqram yanvar ayının 10-na qədər davam edəcək.