Bağla

“Qatil” əsərinə ictimai baxış olub

05-02-2018, 12:15
Füzuli Dövlət Dram Teatrının 2018-ci il repertuarında olan E.Əfəndiyevin "Qatil” əsərinə ictimai baxış olub.

Teatrın baş rejissoru Asif Şirinovun verdiyi quruluş əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada əsas rollarda teatrın aparıcı aktyorları İntizar Quliyeva, Qaçaq Qarayev, Sehran Xanlarov, Sevinc Məmmədova çıxış edir.

Tamaşa yaxın günlərdə Horadiz şəhərində, həmçinin rayonun işğaldan azad olunmuş kəndlərində tamaşaçılara təqdim olunacaq.