Bağla

“Qaçaq qocalar” əsərinə ictimai baxış olub

02-10-2017, 09:46

Füzuli Dövlət Dram Teatrında 2017-ci ilin repertuarında olan Elçin Hüseynbəylinin "Qaçaq qocalar” əsərinə ictimai baxış olub.

Qaçqınların həyatından bəhs edən əsər qəmli olsa da nikbin həyat fəlsəfəsi, gələcəyə inamlı baxışları ilə böyük məna kəsb edir.

Tamaşanın quruluşçu rejissoru Əli Hüseynov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Tamaşada əsas rollarda Sehran Xanlarov, Əli Hüseynov və Məryəm Məmmədova çıxış edir. Tamaşa yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.