Füzuli Dövlət Dram Teatrı "İnsan Hüquqları Aylığı" çərçivəsində teatrın cari ilin repertuarında olan Ş.Qurbanovun "Olmadı elə, oldu belə” tamaşasını rayon ictimaiyyətinə təqdim edib.
Tamaşa səhlənkar müdir və hüquqları pozulan işçilərdən bəhs edir.
Tamaşanın qurluşcu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada əsas rolları Qaçaq Qarayev, Sehran Xanlarov, Əli Hüseynov, İntizar Quliyeva, Xurşud Babayeva və başqaları ifa edib.