Bağla

 "Olmadı elə, oldu belə” tamaşası ictimaiyyətə təqdim edilib

10-02-2024, 13:43

Füzuli Dövlət Dram Teatrı cari ilin repertuarında olan Şıxəli Qurbanovun "Olmadı elə, oldu belə” tamaşasını ictimaiyyətə təqdim edib.

Mövzusu XX əsr zavod, fabriklərində olan bəzi savadsız rəhbərlərin, onların əlaltılarının yeni gənc və savadlı kadrlarla apardığı mübarizədən bəhs edir.

Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.

Tamaşada əsas rollarda Qaçaq Qarayev, Əli Hüseynov, Sehran Xanlarov, İntizar Quliyeva, Şəlalə Nəsirova, Zamin Quliyev, Xurşud Babayeva, Vüqar Babayev, Sevinc Məmmədova və başqaları çıxış edib.