Bağla

“Olmadı elə, oldu belə” tamaşası Horadiz şəhər sakinlərinə təqdim olunub

11-04-2019, 14:47
Teatrda "Olmadı elə, oldu belə” tamaşası Horadiz şəhər sakinlərinə təqdim olunub.

Füzuli Dövlət Dram Teatrında Şıxəli Qurbanovun "Olmadı elə, oldu belə” tamaşası Horadiz şəhər sakinlərinə təqdim olunub. Əməkdar artist Asif Şirinovun quruluşu əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. 

Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Sehran Xanlarov, Əli Hüseynov və başqaları çıxış edib. 

Tamaşa rayon teatrsevənləri tərəfindən böyük maraqla qarşılanıb və hər birində xoş əhval-ruhiyyə yaradıb.