Bağla

"Narkotikə yox deyək" devizi altında maarifləndirici tədbir keçirilib

23-12-2021, 11:36

Füzuli Rayon Polis Şöbəsi, YAP Füzuli Rayon Təşkilatı, Füzuli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı və Füzuli Dövlət Dram Teatrının dəstəyi ilə "Narkotikə yox deyək" devizi altında maarifləndirici tədbir keçirilib.

Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Sağlam gələcəyimiz üçün hər zaman belə maarifləndirici tədbirlərə dəstəyik və əlimizdən gələni etməyə hazırıq.

Füzuli rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini, polis polkovnik-leytenantı Vüsal Mirzəzadə çıxış edərək bildirib ki, məqsəd bu xəstəliyə, bəlaya,"ağ ölümə"ə yoluxmadan qarşısının alınmasıdır. Burda cəmiyyət olaraq hər kəsin sosial vəzifəsi var. O vurğuluyub ki, gənclərimizi, uşaqlarımızı bu bəladan uzaq tutmaq, onlarla maarifləndirici söhbətlər aparmaq,"ağ ölüm"ün fəsadlarından danışmaq və bu qəbildən müəyyən tədbirlər görmək borcumuzdur.           

YAP Füzuli Rayon Təşkilatının sədri Almaz Həşimova öz çıxışında qeyd edib ki, gənclər və yeniyetmələr arasında narkotik vasitələrə aludəçilik halları artmağa doğru gedir. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. A.Həşimova ölkəmizin gələcəyi olan gənclərin sağlam düşüncəli insan olaraq yetişməsi üçün onları zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Füzuli Rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədova isə qeyd edib ki, Təhsil Şöbəsi və rayonun hüquq mühafizə orqanları ilə birlikdə əhali arasında, xüsusilə ümumtəhsil məktəblərində müvafiq maarifləndirici tədbirlər keçirilib, yeniyetmə və gənclərə narkomaniyanın zərərli təsirləri və müxtəlif fəsadları, törətdiyi xəstəliklər, ümumilikdə bəşəriyyət üçün təhlükəli təsirləri barədə geniş məlumatlar verilib.     

Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb, Füzuli Dövlət Dram Teatrının hazırladığı "Narkotikə yox deyək" adlı film nümayiş etdirilib.