Xəbər verdiyimiz kimi, bu gün əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Əliyev avtomobil qəzasında həlak olub.
Mədəniyyət Nazirliyi O.Əliyevin vəfatı ilə bağlı nekroloq yayıb.
Nekroloqda Oqtay Əliyevin həyat və yaradıcılığından bəhs edilib.
Mədəniyyət Nazirliyinin kollektivi Oqtay Əliyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!