Bağla

Füzuli teatrının aktrisası Sevinc Məmmədovanın doğum günüdür

22-03-2022, 16:11

Bu gün Füzuli Dövlət Dram Teatrının uzun müddətdir ali dərəcəli aktrisa vəzifəsində çalışan Sevinc Məmmədovanın 48 yaşı tamam olur.

Məmmədova Sevinc Qaçay qızı 22 mart 1974-cü ildə Füzuli rayonunda anadan olub.

O, işlədiyi müddətdə İ.Əfəndiyev "Unuda bilmirəm”də Nərmin, E.Abdullayeva “Ağ qayıq”da Ağgül, N.Vəzirov "Hacı Qəmbər”də Cəvahir, Ş.Tofiqqızı "Taleyin bir üzü”ndə Günay, S.Rüstəm "Çimnaz xanım yuxuda” Nabat, Ə.Haqverdiyev "Dağılan tifaq”da Pərixanım və s. tamaşalarda obrazlar yaradıb.

Füzuli Dövlət Dram Teatrının kollektivi olaraq Sevinc Məmmədovanı ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, işlərində uğurlar, ən əsası hər zaman səhnəmizdə olmağını arzu edirik.