Füzuli Dövlət Dram Teatrında repertuardan kənar yazıçı - dramaturq Qafar Cəfərlinin "Şəhid bayrağı" pyesi əsasında hazırlanmış eyni adlı tamaşanın premyerası olub.
Premyerada Lənkəran Dövlət Dram Teatrının əməkdaşları, teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, xalq artisti Qabil Quliyev, baş rejissor Anar Babalı, gənc teatrşünas Dağlar Yusif Əfəndi, müəllif Qafar Cəfərli və başqaları iştirak edib.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.
Tamaşada əsas rolları Emin Abışov, Sehran Xanlarov, İntizar Quliyeva,Gülgəz Soltanova, Qorxmaz Qarayev, Elçin Məmmədov, Sevinc Məmmədova, Qəlbinur Əhmədli, İlham Soltanov ifa ediblər.
Tamaşa xalqımızın 44-günlük Vətən müharibəsində keçdiyi şanlı zəfər yolundan və bir ailənin timsalında müharibənin səbəb olduğu ağrı-acılardan bəhs edir.
Sonda xatirə şəkli çəkdirilib.