Füzuli Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Öncə 20 Yanvar faciəsinin şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra teatrın 2025-ci il repertuarında olan Qafar Cəfərlinin "Şəhid bayrağı" tamaşası Sərhəd Qoşunun əsgərlərinə və məktəblilərə təqdim olunub.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.
Tamaşada əsas rolları Emin Abışov, Sehran Xanlarov, İntizar Quliyeva, Gülgəz Soltanova, Qorxmaz Qarayev, Elçin Məmmədov, Sevinc Məmmədova, Qəlbinur Əhmədli, İlham Soltanov ifa ediblər.