Füzuli Dövlət Dram Teatrında 2023-cü ilin repertuarında olan dramaturq Xaqani Əliyevin "Molla Nəsrəddin" komediyası sərhəd qoşunlarının əsgər və zabit heyətinə nümayiş etdirilib.
Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.
Tamaşada rolları Sehran Xanlarov, İntizar Quliyeva, Asif Şirinov, Qaçaq Qarayev,Əli Hüseynov, Sevinc Məmmədova, Şəlalə Nəsirova,Elçin Məmmədov, Vüqar Babayev,Emin Abışov, Vüsal Həsənov və başqaları ifa edir.
Keçmişlə bu günün sintezi olan tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir.Şən musiqilər və kütləvi rəqslərlə bol olan tamaşada maraqlı və gülməli hadisələr bir-birini əvəz edir.
Tamaşa hərbi heyətdə yüksək əhval ruhiyyə yaratdı.
Sonda xatirə şəkli çəkdirildi.