Füzuli Dövlət Dram Teatrında 1 Oktyabr – Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbir 44 günlük Vətən müharibəsi şəhidlərinin anılması ilə başlayıb. Rəsmi hissədən sonra teatrın repertuarında olan Akif Həsənoğlunun “Yaddaş” tamaşası iştirakçılara təqdim olunub. Tamaşa vətən uğrunda canından keçmiş və qələbə sevincini xaqlımıza yaşadan şəhidlərimizə həsr olunub.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşovadır. Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Sehran Xanlarov, Əli Hüseynov, Sevinc Məmmədova və başqaları çıxış edib.