Füzuli Dövlət Dram Teatrında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "Tarixin qanlı izləri" adlı poetik xalq faciəsi Milli Ordunun əsgər və zabit heyətinə təqdim olunub.
Xalq faciəsindən əvvəl soyqırım qurbanlarının və Qarabağ şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tamaşada ermənilərin Azərbaycan xalqına qarşı müxtəlif dövrlərdə həyata keçirdikləri soyqırım və işğalçılıq siyasəti, dinc əhaliyə qarşı törədilən qətliam öz əksini tapıb. Tamaşa həmçinin Azərbaycan əsgərinin yüksək vətən sevgisini və parlaq qələbəsini əks etdirir.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsərində rolları Qaçaq Qarayev, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Gülnar Həsənova,Əli Hüseynov və başqaları ifa edib.