Bağla

Füzuli Dövlət Dram Teatrı yeni mövsümü “Yaddaş” əsəri ilə açacaq

08-10-2021, 11:56

Füzuli Dövlət Dram Teatrı pandemiya və qapanmalardan sonra yeni mövsümə böyük həvəslə hazırlaşır. Teatr oktyabrın 25-nə saat 13:30-a təyin edilmiş 33-cü mövsümünün açılış günündə teatrsevərlərə Akif Həsənoğlunun “Yaddaş” əsəri əsasında səhnələşdirilmiş tamaşanı təqdim edəcək.

Vətən müharibəsi şəhidlərinin xatirəsinə hazırlanan tamaşanın teatrın baş rejissoru, Əməkdar artist Asif Şirinov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Ellinaz balaşova, müsiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsəri Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə ithaf olunur. Müharibə mövzusuna həsr olunmuş tamaşa Azərbaycan əsgərinin yüksək vətən sevgisini və parlaq qələbəsini  bədii şəkildə əks etdirir. 

Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrı yaxın günlərdə yeni repertuarını təqdim edəcək və yeni   mövsümündə izləyicilərini bir-birindən maraqlı tamaşalarla qarşılayacaq.