Füzuli Dövlət Dram Teatrı XXV mövsümünü də yola salır
Hal-hazırda Füzuli Dövlət Dram Teatrında qocaman aktyor Vaqif Rəhimovun 70 illik yubileyi ilə bağlı son hazırlıq işləri gedir. Yubiley gecəsinin ssenari müəllifi Vaqif Vəliyev, quruluşçu rejissoru Asif Şirinovdur. Teatr XXV mövsümünü 15.07.2014 tarixdə H.B.Vəzirovun "Döymə qapımı, döyərlər qapını” əsəri ilə bağlayacaq, XXVI mövsümünü isə 25. 09.2014 tarixdə isə İ.Əfəndiyevin "Unuda bilmirəm” əsəri ilə açacaq.