Füzuli Dövlət Dram Teatrı "Yeni il” bayramı ilə ələqədar ənənəvi görüşlərin birini "N” saylı hərbi hissənin düşmənlə təxminən 300 m məsafədə olan təmas xəttində ön cəbhənin əsgərləri ilə keçirib.
Görüşdə Müdafiə Nazirliyinin rəsmisi, polkovnik-leytenant Abdulla Qurbani, Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev və digər rəsmi şəxslər iştirak edib.
Tədbirdə Şaxta baba və Qarqızın yeni il təbriki, teatr aktyorlarının maraqlı səhnəcikləri, rəqslər ön cəbhənin əsgərlərində və qonaqlarda yüksək əhval-ruhiyyə yaradıb.
Sonda əsgərlərlə birgə nahar edilib və xatirə şəkili çəkdirilib.