Bağla

Füzuli Dövlət Dram Teatrı mövsümü Ə.Səmədlinin “Əhmədin vəfalı xoruzu” tamaşası ilə bağlayıb

16-07-2019, 12:14

Füzuli Dövlət Dram Teatrında XXX mövsüm bağlanışı qeyd olunub.

Teatr mövsümü 2019-cu ilin repertuarında olan Əli Səmədlinin "Əhmədin vəfalı xoruzu” tamaşası ilə bağlayıb. Tamaşa Horadiz şəhər 1 saylı uşaq bağçası və körpələr evinə təqdim olunub. Sehran Xanlarovun quruluşu əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. Tamaşada əsas rollarda Sevinc Məmmədova, Nicat Süleymanzadə, İntizar Quliyeva, Əli Hüseynov və başqaları çıxış edib.

Məlumat üçün bildirirək ki, teatr yeni mövsümünü 25 sentyabr 2019-cu il tarixində M.F.Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası ilə açacaq.