Füzuli Dövlət Dram Teatrı Azərbaycan Teatr Xadimləri İttifaqının 125 illiyinə həsr olunmuş "Milli klassika" festivalında Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşası ilə çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.
Əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Günel Hacıyeva, Asif Şirinov, Sehran Xanlarov, Sahilə Abbasova, Əli Hüseynov, Vüqar Babayev, Elçin Məmmədov, Zamin Quliyev, Emin Abışov, Vüsal Həsənov, kütləvi səhnələrdə isə Gülgəz Soltanova və Günay Çobanzadə yer alıb.
Qeyd edək ki, komediya janrında yazılmış əsər həyat və məişətin ən müxtəlif sahələrində özünü göstərən “müsəlman avamlılığının” təhlilinə həsr edilib.