Füzuli Dövlət Dram Teatrı Mədəniyyət Nazirliyinin 4.4 Qısa Tamaşalar Festivalında Abdulla Elşadlının "Tənhalığın evi" tamaşası ilə çıxış edib.
Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadə, rejissor köməkçisi Günel Hacıyevadır.
Tamaşa bir neçə qocanın düşdüyü psixoloji durumdan və daxili sarsıntılardan bəhs edir. Əsas rolları Sehran Xanlarov, Sevinc Məmmədova, Əli Hüseynov, Şəlalə Nəsirova, İntizar Quliyeva, Asif Şirinov, Qaçaq Qarayev, Emin Abışov, Elçin Məmmədov, Vüsal Həsənov, Vüqar Babayev, Zamin Quliyev, Gülgəz Soltanova ifa edir.
Sonda tamaşa münsiflər heyəti və tamaşaçılar tərəfindən alqışlanıb, yaradıcı heyətə gül dəstəsi və hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.