Bağla

Füzuli Dövlət Dram Teatrı bölgələrdə qastrol səfərinə start verib

28-05-2022, 13:15

Füzuli Dövlət Dram Teatrı kollektivi bu gündən etibarən bölgələrdə qastrol səfərinə start verib.

İlk səfər günündə teatr Goranboy rayonu Aşağı Ağcakənd kəndində "N" saylı hərbi hissədə zabit heyəti və əsgərlər qarşısında tamaşa və şou-proqramla çıxış edib.

Bundan başqa, teatr Naftalan, Ağdam, Bərdə, Tərtər, Suqovuşan və Mingəçevir şəhərlərində "N" saylı hərbi hissələrdə də yeni proqramlarla çıxış edəcək. 

Qeyd edək ki, 28 may tarixində start götürən qastrol səfəri 3 gün davam edəcək və 30 mayda başa çatacaq.