Bağla

Əməkdar artist Asif Şirinov festivalda uğurlu çıxışına görə təltif olunub

20-12-2022, 23:06

Xəbər verdiyimiz kimi, dekabrın 10-16-da Azərbaycan Teatr Xadimləri İttifaqının yaranmasının 125 illiyi münasibətilə “Milli klassika” adlı teatr festivalı keçirilib.

Füzuli Dövlət Dram Teatrı festivalda Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşası ilə çıxış edib.

Teatrın baş rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Asif Şirinov tamaşada Cəbi obrazına görə 2-ci dərəcəli rolun uğurlu ifası nominasiyası üzrə təltif olunub.

Bu münasibətlə Asif müəllimi təbrik edir, yaradıcılığında uğurlar arzulayırıq.